Ermənistanda iki deputatın toxunulmazlığı ləğv edildi

Ermənistanda iki deputatın toxunulmazlığı ləğv edildi
DÜNYA
11:11 28.03.2025
157
Martın 27-də Ermənistan Milli Assambleyasının üzvləri gizli səsvermə zamanı Baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin ediblər.

67 deputat yekdilliklə Taron Marqaryanın, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.

Qeyd edək ki, hər iki şəxs deputat səlahiyyətlərindən sui-istifadə ittiham edilir.
 
///teleqraf
OXŞAR XƏBƏRLƏR