Ermənistanda insan alveri ilə bağlı cinayətlərin sayı artıb

Ermənistanda insan alveri ilə bağlı cinayətlərin sayı artıb
DÜNYA
18:10 30.07.2025
296
Ermənistanda son bir neçə il ərzində insan alveri ilə bağlı cinayətlərin sayında artım qeydə alınıb.

Bu barədə İstintaq Komitəsinin Baş İdarəsinin İnsan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəis müavini Tiqran Kirakosyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin birinci yarısında Ermənistanda insan alveri ilə bağlı 22 cinayət işi açılıb ki, bunlardan 15-i cinsi, 8-i əməyin istismarı ilə bağlıdır. 2024-cü ildə 20-si cinsi və 8-i əməyin istismarı ilə bağlı 38 cinayət işi başlanılıb. Kirakosyan qeyd edib ki, əməyin istismarı halları əsasən tikinti və kənd təsərrüfatı sahələrində aşkar edilib.

Rəis müavini əlavə edib ki, Ermənistan vətəndaşlarının xaricdə istismarı halları son beş ildə kəskin şəkildə azalıb. Rusiyada onların əməyinin istismarı, eləcə də BƏƏ-də cinsi istismarı ilə bağlı bir neçə hal yer alıb.

Onun sözlərinə görə, ölkə daxilində vəziyyət fərqlidir: 2024-cü ildə insan alverinin qurbanı olmuş 25 nəfər zəruri yardım alıb. Zərərçəkənlərin 11-i kişi, 14-ü qadındır. Cinsi istismarla bağlı 11, əməyin istismarı ilə bağlı 14 hal qeydə alınıb. 10 halda uşaqlar, 1 halda isə psixoloji problemləri olan şəxs zərər çəkib.

İyulun 30-da Ermənistanda insan alverinin qarşısının alınması üzrə 5 aylıq kampaniyaya start verilib. Kampaniya dekabrın 2-dək (Köləliyə qarşı Beynəlxalq Mübarizə Günü) davam edəcək və İrəvanla yanaşı, ölkənin vilayətlərində də keçiriləcək.
 
///report
OXŞAR XƏBƏRLƏR