Ermənistanda istefalar davam edir

Ermənistanda istefalar davam edir
SİYASƏT
16:58 31.05.2021
466
Ermənistanın xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Nazir müavinin istefa ərizəsini hələ mayın 27-də XİN rəhbəri Ara Ayvazyan istefa verərkən yazdığı bildirilir.

Anna Naqdalyan erməni KİV-ə açıqlamasında özünün də istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Ara Ayvazyanın digər müavinlərinin də istefa vermək niyyətində olduğunu yazmışdı.
OXŞAR XƏBƏRLƏR