Ermənistanda koronavirusa yoluxanların sayı 41 mini ötdü

DÜNYA
11:00 13.08.2020
428
Ermənistanda daha 229 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 023-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 809-a çatıb. İndiyədək 33 897 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 079 aktiv koronavirus xəstəsi var.
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet