Ermənistanda koronavirusa yoluxanların sayı 850-ni ötdü

DÜNYA
11:15 07.04.2020
418
Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

O deyib ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır.

Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bu günədək 8 nəfərin pandemiyadan ölüb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR