Ermənistanda koronavirusdan ölənlərin sayı 711-ə yüksəldi

DÜNYA
11:10 27.07.2020
950
Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 390-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 711-ə çatıb. İndiyədək 26 665 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 793 aktiv koronavirus xəstəsi var.

OXŞAR XƏBƏRLƏR

X Mostbet