Ermənistanda koronavirusdan ölənlərin sayı 887-yə yüksəldi

DÜNYA
11:15 03.09.2020
362
Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 271-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 887-yə çatıb. İndiyədək 38 855 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 258 aktiv koronavirus xəstəsi var.

OXŞAR XƏBƏRLƏR