Ermənistanda daha 172 nəfərdə koronavirus aşkarlanıb. AZXEBER.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 675-ə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 911-ə çatıb. İndiyədək 41 605 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 878 aktiv koronavirus xəstəsi var.