Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi vəkillərin iş adamı Samvel Karapetyanın həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd edib.
AZXEBER.COM bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, məhkəmənin qərarına əsasən, Karapetyan həbsdə qalmaqda davam edəcək.
Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. Erməniəsilli rusiyalı milyarder hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.
İrəvan məhkəməsi iyunda onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun həbs müddətini bir neçə dəfə uzadıb.










































