Ermənistanda mer olmağa namizəd siyasətçi həbs edildi

Ermənistanda mer olmağa namizəd siyasətçi həbs edildi
DÜNYA
05:12 22.10.2026
110
Ermənistanda "Güclü Ermənistan" partiyasından Stepanavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorgyan iki ay müddətinə həbs edilib.

Bu barədə TASS-a müsahibəsində partiyanın parlament fraksiyasının katibi Tiqran Abrahamyan məlumat verib.

O bildirib ki, "Güclü Ermənistan" partiyasından Stepanavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorgyan iki ay müddətinə həbs edilib və onun iki tərəfdarı məhkəmə qərarı ilə iki aylıq ev dustaqlığına salınıb.

Qeyd edək ki, Gevorgyan və tərəfdarları seçicilərin səsini rüşvət yolu ilə almaqda ittiham olunurlar. 
 
///unikal///
OXŞAR XƏBƏRLƏR