Ermənistanda müəllim və şagirdlər yolu bağlayaraq etiraz aksiyası keçiriblər

Ermənistanda müəllim və şagirdlər yolu bağlayaraq etiraz aksiyası keçiriblər
DÜNYA
18:59 25.10.2022
298

Ermənistanın Armavir Regional Dövlət Kollecinin professor və şagirdləri təhsil müəssisəsinin rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq Gümrü-İrəvan magistral yolunu bağlayıblar.

AZXEBER.COM "Report”-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat paylaşılıb.

Kollecin iqtisadiyyat kafedrasının müdiri, müəllim Taquhi Hovakimyan bildirib ki, dünən kollecin bir neçə əməkdaşı işdən çıxarılıb.

Bunlar direktorun tərbiyə işləri üzrə müavini, təcrübə rəhbəri, gündüz şöbəsinin müdiri, biri hüquq kafedrasının müdiri olan iki müəllimdir.

Taquhi Hovakimyanın sözlərinə görə, sabah (bu gün - red) onun özünü də işdən çıxaracaqlar.

Qeyd edək ki, avqustun 24-dən kollecdə tətil formalı etiraz aksiyaları keçirilir. Müəllimlər kollecin direktoru Angin Arşakyanın işdən çıxarılmasını tələb edirlər. Onların sözlərinə görə, Arşakyan vəzifəsindən sui-istifadə edib və kollecin vəsaitini səmərəsiz xərcləyib.

OXŞAR XƏBƏRLƏR