Ermənistanda 2023-cü ilin ilk 10 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3934 fakt qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2303 fakt çoxdur.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, ölkə mediasının məlumatına görə, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib.
O əlavə edib ki, bu ilin yanvar-oktyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 118 faktın üstü açılıb, halbuki 2022-ci ilin eyni dövründə bu rəqəm 572 olub.
Bu yaxınlarda Kotayk rayonunda narkotik istehsalı laboratoriyasının aşkar edildiyini xatırladan nazir bu işlə bağlı 5 nəfərin həbs edildiyini bildirib.