Ermənistanda nazir oğlu həbs olundu

DÜNYA
16:31 22.10.2013
1082

Ermənistanda Gənclər və İdman naziri Yuri Vardanyanın oğlu David Vardanyan həbs olunub. 

AZXEBER.COM-un Ermənistan KİV-lərinə istinadən yaydığı məlumata görə, o, ölkənin cinayət məcəlləsinin 2 maddəsi üzrə - narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də, narkotik qaçaqmalçılığında ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 4 ildən 8 ilə kimi həbs cəzası gözləyir.

Bəzi mənbələrə görə, saxlanılan nazir oğlu Ermənistana bu maddələri İrandan gətirirmiş.

OXŞAR XƏBƏRLƏR