Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutmaya bilər

Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutmaya bilər
SİYASƏT
15:56 23.05.2021
836
Sərhəddəki vəziyyətlə əlaqədar Ermənistanda növbədənkənar parlament seçkiləri ləğv oluna bilər.

Bunu "Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan bəyan edib.

Yerli ictimaiyyət nümayndələri hesab edirlər ki, Manukyan öz partiyasının seçkilərdə qələbə qazanmaq şansının olmadığını anladığı üçün belə fikirlər səsləndirib.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi iyunun 20-nə nəzərdə tutulub.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR