Ermənistanda partiya lideri aclıq aksiyasına başlayıb

Ermənistanda partiya lideri aclıq aksiyasına başlayıb
DÜNYA
06:34 11.11.2021
439
Erməni müğənni, "Millətin səsi” partiyasının lideri Mqer Mesropyan aclıq aksiyasına başlayıb.
 
AZXEBER.COM AzVision-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə o, "Facebook” üzərindən videomüraciətində deyib.

"Rəsmi olaraq bəyan edirəm ki, noyabrın 10-da xalqımız naminə aclıq aksiyasına başlayıram. Məqsəd Ermənistanın baş naziri Nikol Paşinyanın istefasıdır. Mən aclıq aksiyasını yalnız baş nazir getdiyi təqdirdə dayandıracağam", - Mesropyan bildirib.

Partiya lideri Paşinyanı məğlubiyyətin simvolu adlandırıb, deyib ki, o, artıq hakimiyyətdə olmamalıdır. Eyni zamanda, Mesropyan siyasi qüvvələri, QHT-ləri çiyin-çiyinə durmağa və Ermənistanı xilas etmək ideyası ətrafında birləşməyə çağırıb.

Xatırladaq ki, partiya 2021-ci ilin aprelində yaradılıb və parlamentdənkənar qüvvə kimi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR