İrəvan şəhər polis idarəsinin müstəntiqi kapitan Edqar Petrosyan noyabrın 28-də rüşvət alarkən saxlanılıb.
APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Xidməti və Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrəvan şəhər polisinin İstintaq İdarəsinin Mərkəzi Şöbəsinin baş müstəntiqi Edqar Petrosyan rüşvət alan zaman saxlanılıb.
Edqar Petrosyan həbs edilib. Başlanmış cinayət işi üzrə araşdırma aparılır.