Ermənistanda qadınların hərbi xidmətə çağırılması ilə bağlı qərar qəbul edildi

Ermənistanda qadınların hərbi xidmətə çağırılması ilə bağlı qərar qəbul edildi
DÜNYA
22:47 26.06.2023
266

Ermənistan parlamenti bazar ertəsi növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib.

Layihəni təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan izah edib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə bilərlər. Qadınlar çağırış günündən əvvəl xidmətdən imtina edə bilərlər.

Nazir əlavə edib ki, təlim bölməsində qadın batalyonu yaradılacaq. Xidmət müddəti bitdikdən sonra qadınlar 5 illik müqavilə əsasında xidmətə keçə biləcəklər.

OXŞAR XƏBƏRLƏR