Ermənistan mətbuatı yazır ki, ölkədəki qoyunların sayı keçən illə müqayisədə kəskin şəkildə artıb. Söhbət əsasən İrana göndərilən kiçikbuynuzlu mal-qaranın sayının artmasından gedir. Halbuki yerli əhalinin ölkədə qoyun bumuna baxmayaraq qiyməti ucuzlaşmayan təzə ət almağa pulu çatmır.KİV yazır ki, Ermənistan iranlı tərəfdaşları ilə iki ölkənin sərhədində müsəlman adətlərinə uyğun (dabiha) qoyun kəsilməsi üçün yerlər təşkil edilməsinə dair danışıqlara başlayıb. Bu, qoyun ixracına deyil, yerli tələblərə cavab verən "halal" ət ixracının artmasına imkan verəcək.