Ermənistanda radikallar gündəmə gəlmək istəyirlər - ARAŞDIRMA

Ermənistanda radikallar gündəmə gəlmək istəyirlər - ARAŞDIRMA
SİYASƏT
15:15 27.03.2019
5084

Bu ilin 18 mart tarixindən etibarən "Sasna Tsrer” (Sasunlu cəngavərlər) Partiyası Dağlıq Qarabağ probleminin həllinə qarşı çıxaraq, bölgənin Ermənistana birləşdirilməsi üçün imza kampaniyasına başlayıb. Partiyanın verdiyi açıqlamada qeyd olunur ki: "Bölgə ayrıca vilayət statusu ilə Ermənistana birləşməlidir”. Beləliklə 2009-cu ildə ATƏT-in Minsk Qrupunun qəbul etdiyi "Madrid Prinsipi”nə qarşı çıxaraq Ermənistanı beynəlxalq aləmdən təcrid yoluna üz tutub. İddia olunur ki, Madrid Prinsipinə imza atan Ermənistan tərəfi Dağlıq Qarabağ prtobleminin həlli yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müdafiə edib.


 

İrəvandakı provakasiyaların arxasında kim dayanır?


"Dağlıq Qarabağın de yure Ermənistana birləşdirilməsinin bir neçə yolu var. Bunlar referandum keçirmək, Dağlıq Qarabağ və Ermənistan parlamentlərinin birgə qərar verməsi və digər faktlar mövcuddur. Bizim partiyamız indiki məqamda hansı məqama üstünlük verilməsi barəsində konkret qərarını verməyib. Ancaq, bütün hallarda hansı yolla olursa olsun, qəti addımlar atılmalıdır. Buna görə də biz ilk addım kimi imza kampaniyasının başladılmasını zəruri hesab edirik”- deyə "Sasna Tsrer” Partiyasının sədri Varujan Avetisyan İrəvanda mətbuat konfransı keçirərək bildirib.


Qeyd edək ki, "Sasna Tsrer” Partiyası 2018-ci ildə yaradılıb. Son parlament seçkilərində indiki baş nazir Nikol Paşinyanın namizədliyini müdafiə edib.

 

Partiyanın sıralarında daha çox "müharibə tərəfdarları” birləşiblər. Ultra-radikal milliyyətçi erməniləri bir araya gətirən bu partiya Ermənistanda son seçkilərdə çox ciddi şəkildə mövqelərini itirmiş "Daşnaksütyun Partiyası”nı əvəz etməyə çalışır. Partiya Rusiya əleyhində olan görüşləri ilə də fərqlənir.

 

Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçüləri birləşdirən bu partiya bəzi Qərb ölkələrindəki kimi ultramilliyyətçi görüşlərini populyarlaşdırmaq xəttini tutub.Onların şüarlarında açıq şəkildə bildirilir ki: "Kim Dağlıq Qarabağ məsələsinin Ermənistanın maraqları çərçivəsində həllinə qarşı çıxacaqsa, fiziki baxımdan aradan götürülməlidir”.

 

"Sasna Tsrer” Partiyasının sıralarında birləşənlərin çoxu Suriya, Livan, Misir, İraq, İran və Yaxın Şərqin digər ölkələrinin sabiq vətəndaşlarıdırlar. Bu partiyanın əsas qurucusu Livanın paytaxtı Beyrutun yaxınlığındakı Burc Hammut qəsəbəsində anadan olmuş və Ermənistanın vətəndaşlığı olmayan, Dağlıq Qarabağda Livan ermənilərinin könüllülər alayının komandiri olmuş Livan vətəndaşı Jirayr Səfilyandır. J. Səfilyan və livanlı könüllü erməni dəstəsi ən radikal metodlardan istifadə etməyi qürur mənbəyi hesab edirlər. Bu partiyanın bir neçə üzvü İrəvanda polisləri güllələyərək öldürməkdə suçlu olduqları üçün həbsxanaya salınıblar. İstənilən rəqibinə siyasi deyil, terror təhdidi ilə cavab vermək bu partiyanın tərəfdarlarının prinsiplərindən biridir. "Silahlı mübarizə” partiyanın ən sevimli metodu sayılır (https://tass.ru/mezhdunarodnaya-panorama/5493451).

 

 

Bu partiyanın digər təbliğatı isə bundan ibarətdir: "Ermənistan və erməni xalqı Rusiyaya qarşı birlikdə mübarizə aparmalıdır. Rusiya kolonial siyasət yürütməklə hər zaman erməni xalqından öz mənfəəti üçün istifadə edib. Ermənistanın sərhədlərini bu günədək qoruyan Rusiyanın hərbçiləri ölkəni tərk etməlidirlər. Ermənistanın sərhəddinin Rusiya qoşunları tərəfindən qorunması erməni xalqını aşağılanması deməkdir. Bununla yanaşı, İrəvanda Rusiyanın bütün TV kanalların yayımına yasaq qoyulmalıdır. Ermənistan Rusiyanın boyunduruğu olan MDB-nin "Kollektiv Təhlükəsizlik Şurası”ndan çıxmalıdır”( https://newsarmenia.am/news/armenia/partiya-sasna-tsrer-sozdana-v-armenii-uchrediteli-rasskazali-o-planakh/).


"Hərbi xunta”nın siyasi ayağı


 

2018-ci ildə "Sasna Tsrer” Partiyasının təsis qurultayının fəxri kürsüsündə yer alanlar əsasən "Qarabağ müharibəsi”nin tərəfdarları və "qəhrəmanları” idilər. General-mayor Arkadi Ter-Tadevosyan, səhra komandirləri Pavel Manukyan, Armen Piloyan, Smbat Barseqyan, Levon Şirinyan, Amayak Ovannisyan, Petros Makeyan, "Modus Vivendi” Analitik Mərkəzinin rəhbəri Ara Papyan və digərlərinin "şərəf kürsüsü”ndə yer alması bu partiyanın strateji hədəflərinin mənası idi. 1998-2018-ci illərdə ölkəni idarə etmiş Robert Köçəryan-Serj Sərkisyan cütülüyündən ibarət hərbi xuntanın çökməsi beynəlxalq miqyasda Qarabağ düyününün həlli yönündə bir sıra uğurlara imza atılması deməkdir. Belə bir məqamda "Qarabağ müharibəsi”ndə qanlar tökmüş və sonradan İrəvanda özlərinə "komfortlu həyat” qurmuş radikalların itirilmiş mövqelərini bərpa etmək cəhdlərinə siyasi don geyindirmək kimi avantüra lazım idi. Ona görə də "Sasna Tsrer” Partiyasını təsis etdilər. Partiyanın siyasi kursu qondarma "Dağlıq Qarabağ rejimi”nin İrəvandakı lobbiçiliyini etməkdir.

 

Partiya keçmiş döyüşçülərdən ibarət üzvlərinin 2016-cı il iyun ayında Daxili İşlər nazirliyinin "Yol Patrul Xidməti”nə məxsus alayının qərargahını silahlı yolla ələ keçirməsi ilə yaddaşlarda qalıb. Partiyanın tərəfdarları silahlı yolla mübarizə metodundan geri çəkilməyəcəklərini də açıq şəkildə elan etməkdən çəkinmirlər (https://rus.azatutyun.am/a/29516576.html). Beləliklə bəlli olur ki, onlar istənilən anda Ermənistanda "hərbi xunta” tərəfdarları toparlanıb hakimiyyəti ələ keçirə bilərlər. Bu həm də Ermənistanın marginal ölkə olması deməkdir.


 

 

"Qarabağ problemi”nin həllinə mane olmaq üçün səfərbərlik


2020-ci ilin yazında qondarma "Dağlıq Qarabağ rejimi” növbəti prezident və parlament seçkiləri keçirmək üçün indidən hazırlıqlar görməyə başlamışdır. "DQ” rejiminin siyasi ayağı olan hərbi xuntanın İrəvanda hakimiyyətdən devrildiyi üçün, ictimai fikrdə diqqəti özlərinə çəkmək üçün, yeni lobbiçilər axtarışına çıxıb. Bu, keçmiş döyüşlülərdən ibarət


"Sasna Tsrer” Partiyasıdır. Partiyanın "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” təşəbbüsü ilə imza kampaniyasına başlamasının mənası bu ideyadan doğub. Halbuki, 1950, 1960, 1970, 1980, 1990-cı illərdə İrəvanda "Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi təşəbbüsləri irəli sürülüb. Hər dəfə ermənilərin ideyası fiaskoya uğrayıb. İrəvanda təsis edilmiş müharibə partiyası, "Sasna Tsrer” Ermənistan Ədliyyə nazirliyində qeydiyyatdan keçməyib. Partiyanın qeydiyyatı qondarma "DQ” rejimi tərəfindən rəsmiləşdirilib. Ona görə də parlament seçkilərində öz namizədlərini deyil, Nikol Paşinyanın "Yelk” (mənim addımım) Partiyasını müdafiə ediblər (https://press-unity.com/analitika-stati/11684.html).


19 yanvar tarixində Xankəndində "Sasna Tsrer” rəhbərliyi qondarma "DQ” rejiminin rəhbərləri, bir çox səhra komandirləri ilə xüsusi görüşlər keçiriblər. Əldə olunan razılığa görə, İrəvanda "DQ” rejiminin lobbiçiliyini "Sasna Tsrer” edəcək. O da bəllidir ki, 2018-ci ildə İrəvandakı 20 illik hərbi xunta rejiminin devrilməsinin ardından indi də növbə qondarma "DQ” rejiminin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Hərbi xunta qanunları ilə idarə olunan bölgəki rejimin İrəvandakı kimi mülkü cəmiyyətlə əvəzlənməsi Cənubi Qafqazda sülh proseslərinə böyük bir təkan verə bilər.

 

 

 

Fitnə-fəsadların görünməyən tərəfi


18 martda "Sasna Tsrer” Partiyasının İrəvanda keçirilən mətbuat konfransında belə bir fikir də səsləndirildi: "Biz imkan verməyəcəyik ki, Dağlıq Qarabağ rejimi Abxaziyanın gününə düşsün”. J. Səfilyan isə qeyd edib ki: "Dağlıq Qarabağ indiki qədər təhlükəli məqamlarla üz-üzə qalmayıb. İstənilən anda beynəlxalq birliyin təzyiqləri nəticəsində və Azərbaycanın atacağı addımlar bunun bir həqiqət olduğunu ortaya çıxacaq. Proseslər Abxaziya və Cənubi Osetiyadakı kimidir. Dağlıq Qarabağı Ermənistana birləşdirməklə 30 illik mübarizəyə nöqtə qoya bilərik” ( https://arcakh24.info/tag/7916-451/).

Cənubi Osetiya və Abxaziya rejimlərini qəbul etməyən əhali, eləcə də yeni iqtisadi və siyasi şərait artıq sülh danışıqlarının zərurətini ortaya qoyur. Bu prosesdən narahat olan "müharibə partiyaları” və onlara dəstək verən güclər külə çevrilməkdə olan münaqişə ocaqlarını yenidən alovlandırmağa cəhd edirlər. J.Səfilyan kimi "müharibə partiyası” ideyasının tərəfdarları ona görə də "Sasna Tsrer” –i təsis edərək tarixi zərurət kimi gündəmə gələn proseslərin məsuliyyətindən yayınmaq hədəflərini sərgiləyirlər. Bu ya onların dediyi kimi "DQ” rejimi Ermənistana birləşdirilməlidir, ya da Dağlıq Qarabağ ətrafında müharibə yenidən alovlandırmalıdır. Sonuncu hədəf isə Ermənistanda hərbi çevriliş yolu ilə xunta tərəfdarlarının hakimiyyətə gəlməsidir.

"Sasna Tsrer” siyasi avantüraları pik həddə çatdırmaq üçün Ermənistanın Konstitusiya Məhkməsinə üz tutub: "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün əlavə maddə daxil edilməlidir. Bu, həm də seçicilərin hüquqlarını nəzərə alaraq yeni referendumun keçirilməsi üçün hüquqi baza ola bilər”.

 


Qarabağ probleminin həllinə qarşı yeni addım


Jirayr Səfilyan son mətbuat konfransında bildirib ki: "2020-ci ilin yazında Dağlıq Qarabağda parlament və prezident seçkiləri keçiriləcək. Ermənistanın yeni hakimiyyəti seçki qabağı Dağlıq Qarabağ hakimiyyətini (hərbi xunta) dəyişmək üçün indidən ciddi addımlar atmağa başlayıb. Əgər bu dəyişikliklər bizim maraqlarımıza qarşıdırsa, o zaman xalqı İrəvanda ayağa qaldıraraq Nikol Paşinyan iqtidarını devirməliyik. Biz partiya olaraq, Dağlıq Qarabağdakı mövcud iqtidarın yanındayıq”. Varujan Avetisyan isə bildirib ki: "Dağlıq Qarabağ de-fakto Ermənistan ərazisi hesab olunur. İndi de-yure faktı kimi rəsmiləşdirməliyik. Bizim ən böyük problemimiz də budur. Ona görə də "Sasna Tsrer” Partiyası Dağlıq Qarabağ seçkilərində hakimiyyətə gəlməlidir”(https://verelq.am/ru/node/42477,arminfo.info /full_news.php?id=39758&lang=2,armenpress.am/rus/news/955851.html).


İrəvandakı siyasi müşahidəçilərin fikrincə, J. Səfilyan və tərəfdarları Dağlıq Qarabağ rejimini öz nəzarətinə almaq üçün bir sıra fitnə-fəsadları gündəmə gətirməyə çalışır. Bu, Qarabağ probleminin həlli istiqamətində "müharibə partiyası” tərəfdarlarının sonuncu cəhdidir. Əvvəllər 20 il ərzində ölkəni hərbi xunta qanunları ilə idarə edənlərlə sülh danışıqlarının aparılması problemi yaşanılırdısa, indiki mülki cəmiyyət tərəfdarları mövcud problemləri həll etmək üçün beynəlxalq birliyin tələblərini və Cənubi Qafqazda baş verən yeni prosesləri nəzərə almaqda çətinlik çəkməyəcək. "Müharibə partiyası” tərəfdarları isə bu prosesi ən azından süründürməyə və ya mümkün qədər uzatmağa cəhd edirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
19:27 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
"Bitcoin" kəskin ucuzlaşdı
19:22 22.06.2025
"Bitcoin" kəskin ucuzlaşdı
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər