Ermənistanın Kotayk vilayətində Rusiya vətəndaşının ölümü ilə bağlı araşdırma aparılır.
Ermənistan KİV xəbər verir ki, gəncin meyiti Arzakan-Aqveran dağlıq yaşayış məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Qeyd olunur ki, əraziyə baxış keçirən baş meşəbəyi meyiti görərək polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin 22 yaşlı Rusiya vətəndaşı olduğunu müəyyən ediblər. Onun hansı şəraitdə ağacda asılı vəziyyətə düşdüyü hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb.
///oxu.az///











































