Ermənistanda sahibkarlar üsyan etdilər — Məşhur ticarət mərkəzində kütləvi dava

Ermənistanda sahibkarlar üsyan etdilər — Məşhur ticarət mərkəzində kütləvi dava
SİYASƏT
22:00 03.11.2017
1330
Ermənistanın paytaxtı İrəvan şəhərində məşhur ticarət mərkəzində kütləvi dava baş verib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "news.am” saytı məlumat yayıb. Verilən məlumata görə, bu gün səhər saatlarında "Arinç mol” ticarət mərkəzində satıcılarla dövlət vergi müfəttişinin əməkdaşları arasında dava düşüb.
 
Belə ki, noyabrın 3-də, səhər saatlarında müfəttişlər ticarət mərkəzindəki dükanlarda yoxlama aparmaq istəyiblər. Lakin satıcılar müfəttişləri yoxlama aparmağa imkan verməyiblər. Satıcılar bildiriblər ki, müfəttişlər vergi toplamaq adı altında onlardan külli miqdarda vəsait alırlar. Onların verdikləri pullar isə birbaşa vergiyə yox, kimlərinsə ciblərinə gedir. Satıcılarla vergi müfəttişlərinin arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya keçib.
 
Qeyd edək ki, oktyabrın 31-də İrəvan şəhərində "Arinç” və "Surmalu” yarmarkalarının sahibkarları parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Vergi Məcəlləsinə dəyişikliklərə etiraz ediblər. Sahibkarların sözlərinə görə, dəyişikliklərə əməl etmək üçün yeni işçilər götürməlidirlər. Bu isə əlavə xərc olduğu üçün sahibkarlar buna razı olmurlar.
OXŞAR XƏBƏRLƏR