Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatdı

Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatdı
DÜNYA
13:47 02.09.2020
644
Ermənistanda saxta spirtli içikidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.

Bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: "7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.

Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.

Xatırladaq ki, ötən gün saxta spirtli içkidən ölənlərin sayı 11 nəfər idi.
 
///Report
OXŞAR XƏBƏRLƏR