Ermənistanda seçki pozuntuları ilə bağlı 29 siqnal daxil olub, 6 nəfər saxlanılıb

Ermənistanda seçki pozuntuları ilə bağlı 29 siqnal daxil olub, 6 nəfər saxlanılıb
DÜNYA
15:51 07.06.2026
245
Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, nazirliyin məlumatına görə, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir./apa
OXŞAR XƏBƏRLƏR