Ermənistanda seçkiyə “qızğın” hazırlıq: Paşinyan öz adamlarına dövlət büdcəsindən pul verir

Ermənistanda seçkiyə “qızğın” hazırlıq: Paşinyan öz adamlarına dövlət büdcəsindən pul verir
SİYASƏT
15:13 11.06.2021
405
Ermənistanda seçki günü yaxınlaşdığı bir vaxtda siyasi partiyalar tərəfindən bir çox saxtakarlıqların törədildiyi üzə çıxır.

Bu barədə News.am nəşri yazıb.

Nəşr qeyd edir ki, redaksiyanın ünvanına gələn bir çox məktublarda Nikol Paşinyanın "Vətəndaş sazişi” Partiyasının seçki qərargahlarının rəhbərlərini vilayətlərin administrasiyalarında əməkdaş kimi qeydiyyatdan keçirməsi barədə şikayətlər yer alıb.

Bununla da ölkədə hakim partiyanın dövlət vəsaitlərini birbaşa olaraq öz seçki təbliğatına cəlb etdiyi üzə çıxıb. Bu cür "iş sxemi”nin ölkənin demək olar ki, əyalət administrasiyalarında müşahidə olunduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR