Ermənistanda son sutkada 23 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada 23 nəfər koronavirusdan öldü
DÜNYA
11:12 24.12.2020
551
Ermənistanda daha 702 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 156 142 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 714-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 663-ə yüksəlib. İndiyədək 136 766 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 999 aktiv koronavirus xəstəsi var
OXŞAR XƏBƏRLƏR