Ermənistanın Sünik vilayətinin Qoraysk rayonunda tərxis olunan hərbçiləri daşıyan avtomobil aşıb. Məlumatı Ermənistan DİN yayıb. Bildirilib ki, qəza nəticəsində sürücü də daxil olmaqla iki nəfər ölüb, üç nəfər yaralanıb.