Ermənistanda ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

Ermənistanda ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var
DÜNYA
14:21 14.08.2022
281
Ermənistanda partlayış olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə İrəvanda, "Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR