Ermənistanın Gümrü şəhərində Türkiyə vətəndaşı öldürülüb.
APA-nın Ermənistan KİV-nə istinadən xəbərinə görə, Türkiyə vətəndaşı Evliya Gümüştəki kəsici-deşici alətlə yetirilən çoxsaylı zərbələrdən dünyasını dəyişib.
Həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ermənistan vətəndaşı, 1990-cı il təvəllüdlü Maksim Bakoyan saxlanılıb. Qətlin tərəflər arasında baş verən mübahisə nəticəsində törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.