Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış - Yaralılar var

DÜNYA
02:21 30.11.2024
286
Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib.

O da qeyd edilib ki, partlayışın ardınca başlayan yanğını söndürmək üçün hadisə yerinə 4 xilasetmə briqadası cəlb olunub.

OXŞAR XƏBƏRLƏR