Ermənistanda yeni hökumətdən gözlənilməz addım: məmur və hərbçilərin maaşı azaldıldı

Ermənistanda yeni hökumətdən gözlənilməz addım: məmur və hərbçilərin maaşı azaldıldı
DÜNYA
11:31 24.08.2018
4046
Ermənistan hökuməti dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı yaranan problemi işçiləri ixtisar etməklə deyil, dövlət qulluqçularının əməkhaqqını azaltmaqla həll etmək qərarına gəlib.

"İravnuk" qəzeti dövlət məmurlarının əməkhaqqlarındakı azalmanın 40 faizə çata biləcəyini yazıb.

Nəşrin məlumatına görə, Ermənistan ordusunun zabitlərinin maaşları da dövlət qulluqçularının əmək haqqı səviyyəsinə endirilib.

Bu tədbirlər ölkənin yeni hökumətinin üzləşdiyi maliyyə problemləri ilə bağlıdır.
 
Report
OXŞAR XƏBƏRLƏR