Ermənistanda yenidən aksiya keçirilir

Ermənistanda yenidən aksiya keçirilir
DÜNYA
09:36 27.05.2024
160
Ermənistanda "Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları yenidən itaətsizlik aksiyası keçirir.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar bir neçə dövlətlərarası yolu bağlayıb.

Bununla yanaşı, paytaxt İrəvanda da bir neçə küçə bağlanıb. Hazırda əsas olaraq İrəvan-Aştarak və İrəvan-Armavir yolunun bağlı olduğu bildirilir. Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da aksiyada iştirak edir. O, avtomobillə Abovyan və Sayat Nova küçəsinin kəsişməsini bağlayıb. 

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR