Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb
DÜNYA
18:26 06.08.2025
249
Ermənistanda hərbçilər yol qəzasına düşüb.

Yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

"Nissan” və "QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyi məlumatı şərh etmir.
 
///APA
OXŞAR XƏBƏRLƏR