Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb
SOSİAL
13:34 02.09.2025
273
Sentyabrın 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Bu barədə AZXEBER.COM-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq vətəndaşı - 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Qeyd edilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
OXŞAR XƏBƏRLƏR