Ermənistandan Rusiyanı qəzəbləndirəcək ADDIM

Ermənistandan Rusiyanı qəzəbləndirəcək ADDIM
DÜNYA
13:11 12.02.2024
156
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Aİ ilə yaxınlaşmağa hazır olduğunu bəyan edib.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Paşinyan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində əlaqələri dərinləşdirdiklərini bəyan edərək Ermənistanın Aİ ilə mümkün qədər yaxınlaşmağa hazır olduğunu bəyan edib.

Paşinyan bildirib ki, ölkəsi Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etməyib, əksinə, müdafiə sahəsindəki təşəbbüslərini diversifikasiya etməyə çalışır.
 
O qeyd edib ki, Ermənistanda NATO-ya üzvlük məsələsi və müzakirəsi gündəmdə deyil və hazırkı "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”nın üzvlük daxil olmayan yeni tərəfdaşlıq formatına çevrilməsi üçün səylər göstərilir. Paşinyan vurğulayıb ki, onlar hazırda hüquqi cəhətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər, lakin bu blok strategiyasının uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr davam edir.

Paşinyan jurnalistin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsini qəbul etdiyi və fevralın 1-dən rəsmi olaraq üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinə qarşı həbs orderinin olub-olmaması ilə bağlı sualına cavab verib.
 
O, qərarın Ermənistanın təhlükəsizlik səviyyəsini artırmaq məqsədi ilə qəbul edildiyini deyib.
 
Paşinyan, eyni zamanda qeyd edib ki, sözügedən həbs qərarının Ermənistan məhkəmələri tərəfindən hüquqi çərçivədə həll edilməlidir.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR