"Hər kəsə bəlli olan məsələdir ki, Ermənistandan Xankəndidəki seperatçı quldurlara daim silahlar, mərmilər göndərilir".
Bu sözləri AZXEBER.COM- açıqlamasında Şuşa-Xankəndi yolundakı aksiyada iştirak edən, STM-in baş məsləhətçisi Tural İsmayılov deyib.
O, qeyd edib ki, Ermənistanla Xankəndidəki separatçılar arasında terror əlaqə vasitəsi olduğunu da biz əsla unutmamalıyıq:
"İstənilən halda mən orada olan aksiyaları müşahidə edirdim, Şuşada yüksək əhval-ruhiyyə var. Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekofəallar, eyni zamanda tanınmış ictimai şəxslər Azərbaycan təbiətinə və ekologiyasına vurulan zərbəyə qarşı vahid yumruq halında birləşiblər. Lakin Laçın yolunu Ermənistanla Xankəndidəki separatçılar arasında terror əlaqə vasitəsi olduğunu da biz əsla unutmamalıyıq. Hər kəsə bəlli olan məsələdir ki, Ermənistandan Xankəndidəki seperatçı quldurlara daim silahlar, mərmilər göndərilir. Eyni zamanda qanunsuz fəaliyyət göstərmələrinə şərait yaradan materiallar daşınıb".
Politoloq qeyd edib ki, bizim suveren ərazilərimizdə qanunsuz separatçılar və Ermənistan Silahlı Qüvvələrinin qalıqları fəaliyyət göstərməyə davam edir:
"Bütün bunlar onu deməyə əsas verir ki, həm də 10 noyabr bəyənatının müddəalarının yerinə yetirilməyi məsələsində Ermənistana təəssüflər olsun ki, heç bir təzyiq edilmir. Bunun nəticəsində də bizim suveren ərazilərimizdə qanunsuz separatçılar və Ermənistan Silahlı Qüvvələrinin qalıqları fəaliyyət göstərməyə davam edir. Hesab edirəm ki, bu gün Azərbaycanının separatçılara qarşı ortaya qoyduğu mövqe tam haqlıdır. Həmçinin azərbaycanlı fəallar Laçın yolunda Azərbaycanın qanuni ərazilərində həyata keçirilən özbaşınalıqlar, təbii sərvətlərin dağıdılması prosesinə etiraz edirlər".
"Bu proses məntiqi yekununa çatana qədər Azərbaycan ərazilərinə qarşı həyata keçirilən sui-qəsd prosesi sona çatana qədər davam edəcək", - deyə Tural İsmayılov əlavə edib.
Aydın Nuri