"Ermənistanı bir daha təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq"

"Ermənistanı bir daha təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq"
SİYASƏT
17:33 19.03.2023
370
"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın "pozuntusu” və "qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir. Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini "erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi