"Ali Baş Komandanın rəhbərliyi ilə düşməni əzəli torpaqlarımızdan iti qovan kimi qovduq"

"Ali Baş Komandanın rəhbərliyi ilə düşməni əzəli torpaqlarımızdan iti qovan kimi qovduq"
SİYASƏT
12:36 07.11.2022
239
Dünya ölkələrinin tarixinə yazılmış  bir çox müharibələr olub. Azərbaycan tarixində isə 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə 10 noyabr gününü qızıl hərflərlə yazdı.

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu "güclü" ordusunu darmadağın etdi. 

Rəşadətli ordunun qətiyyətli qələbəsi nəticəsində düşmən məğlubiyyətini etiraf edərək, ağ bayraq qaldırmalı oldu.

Düşmənin təslim olmasl ilə uzun illərdir işğalda olan əzəli torpaqlarımız öz həqiqi sahiblərinə qayıtdı. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra isə Ağdam, Kəlbəcər və Laçın rayonların öz həqiqi sahiblərinə qaytarıldı.

Xüsusi qeyd etmək lazımdır ki, döyüş meydanında məğlubiyyətini qəbul edən Ermənistan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiyaya razılığını verdi. 

Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün Azərbaycanın rəşadətli ordusunun gücünə tab gətirə bildi.
 
Nəticədə dünya ictimaiyyətində yenilməzlik mifi kimi formalaşan Ermənistan ordusunun qələbə arzusu puç oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu ayağa qalxdı və dəmir yumruq kimi birləşərək düşməni əzəli torpaqlarımızdan iti qovan kimi qovdu.

Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan müharibə nəticəsində ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək düşmənin bütün hərbi texnikasını məhv etdi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuran Azərbaycan ordusunun dünya standartlarına uyğun apardığı hücum taktikasından hələ çox danışılacaq.

Bununla yanaşı düşmən ordusundan götürülən hərbi qənimətlər bu gün ölkəmizdə nümayiş olunur ki, bu Azərbaycan ordusunun gücünün bariz nümunəsidir.

Azərbaycanın hərb tarixinə düşən Şuşanın azad edilməsi əməliyyatı düşmənə göz dağıdır.

44 günlük Vətən müharibəsi müddətində Ermənistan və onun tərəfdarları hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə təzyiq edirdilər. Bunlara baxmayaraq prezident İlham Əliyev öz siyasi iradəsini nümayiş etdirərək bütün təzyiqləri dəf etdi, mövqeyindən dönmədi.
 
Ölkə başçısının dünyanın 30-dan çox aparıcı mediasına verdiyi müsahibə  informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. 

Bəzi ölkələr Ermənistana təzyiq etmək, zalımı dayandırmaq və sülh-əminəmanlıq yaratmaq əvəzinə, öz torpaqları uğrunda haqq mübarizəsi aparan Azərbaycana təzyiqlər göstərirdilər. Bu azmış kimi, bəzi "dostlarımız" əzəli torpaqlarımızdan düşmən ordusundan azad etmək deyil, məcburi köçkünləri üçün yaşayış yeri təmin olunmasını uğrunda apardığı mübarizəni dayandırmaq istəyirdi. Lakin Azərbaycan ordusunun rəhbəri Ali baş komandanın rəhbərliyi ilə mübarizə aparan Azərbaycan ordusunun göstərdiyi iradə və dözüm ordumuzun nə qədər güclü olduğunu bir daha dünya ölkələrinə nümayiş etdirdi.


Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR