Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
SİYASƏT
20:07 18.10.2026
199
"Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın paytaxtı Romada təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Avropa boyunca ardıcıl keçirilən təşəbbüs Azərbaycanın mina problemi barədə beynəlxalq ictimaiyyətə ünvanlanan davamlı humanitar çağırışa çevrilib.

Ermənistan və Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və hər yeni mina qurbanı bu humanitar problem daha da aktuallaşdırır.

Kampaniya çərçivəsində indiyədək oktyabrın 5-də İsveçrənin Cenevrə, 7-də Çexiyanın Brno, 9-da Sloveniyanın Lyublyana, 11-də Bosniya və Herseqovinanın Sarayevo, 13-də Xorvatiyanın Zaqreb, 15-də Avstriyanın Salzburq şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

"Gilavar Foto Klubu" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər" qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir. Avropada keçirilən silsilə fotoekspozisiyalar həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.
 





OXŞAR XƏBƏRLƏR