Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır

SİYASƏT
12:15 18.04.2024
171
Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

"Məqsədimiz sizin həyəcansız bir şəkildə "Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, - Paşinyan vurğulayıb.

O bildirib ki, bundan başqa avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.
 
///Report
OXŞAR XƏBƏRLƏR