Ermənistanın eks-müdafiə nazirinin 29 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur

Ermənistanın eks-müdafiə nazirinin 29 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur
DÜNYA
20:59 22.05.2024
152
Ermənistanın Antikorrupsiya Məhkəməsinə keçmiş müdafiə naziri Vigen Sarkisyanın əmlakının müsadirə olunması ilə bağlı iddia daxil olub.

AZXEBER.COM APA-ya istinadən xəbərinə görə, müsadirəsi tələb olunan daşınar və daşınmaz əmlakın, eləcə də pul vəsaitlərinin ümumi həcmi 29 milyon dollar təşkil edir.

Dövlətin hesabına keçirilməsi tələb olunan aktivlərə İrəvanın mərkəzi ilə yanaşı, ABŞ-də dəyəri milyonlarla dollar həcmində qiymətləndirilən daşınaz əmlaklar, 2004-2020-ci illər ərzində qeyri-qanuni yollarla əldə olunan nağd pul vəsaitləri daxildir.

Məlumatda o da bildirilir ki, şübhələri özündən uzaqlaşdırmaq niyyəti ilə Vigen Sarkisyan sərvətinin bir qismini arvadı Lusine Qalajyanın adına rəsmiləşdirib.
OXŞAR XƏBƏRLƏR