Ermənistanın ən böyük bədbəxtliyinin sirri açıldı

DÜNYA
10:31 08.02.2013
1554
Ermənistanda 10 gün sonraya təyin edilən prezident seçkilərinin təxirə salınması yenidən gündəmə gəlib. Buna səbəb sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Paruyr Hayrikyanın vəziyyətinin pisləşməsidir. O, səhhəti pisləşən yeganə namizəd deyil, aclıq elan edən Andrias Qukasyanın da səhhəti yaxşı deyil. Həkimlər 16 gündür ki, aclıq aksiyası keçirən və tibbi yardımdan imtina edən namizədin təzyiqinin aşağı düşdüyünü təyin ediblər. Radioşirkət direktoru olan Qukasyan hazırkı prezident Serj Sarkisyanın namizədliyinin ləğv edilməsi tələbi ilə aclıq aksiyası keçirir. Namizəd Mərkəzi Seçki Komissiyasına bu barədə yanvarın 15-də müraciət edib və yanvarın 21-də rədd cavabı aldıqdan sonra Milli Elmlər Akademiyasının önündə aksiyaya başlayıb.Prezident kürsüsünə diqər namizəd, “Milli həmrəylik” partiyasının sədri Aram Arutunyan da Mərkəzi Seçki Komissiyası binasının qarşısında aclıq aksiyasına qərar verib. Arutunyan aksiyanı bitirəndən sonra öz namizədliyini geri götürəcəyini deyib.Sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Paruyr Hayrikyan isə xəstəxanadadır və onun səhhəti pisləşib. Bu barədə Hayrikyanın seçki qərargahının əlaqələndiricisi Manya Ayvazyan məlumat verib. Belə olan halda Hayrikyanın ölkənin Konstitusiya Məhkəməsinə fevralın 18-nə nəzərdə tutulmuş seçkilərin təxirə salınması ilə bağlı müraciət etməsinin mümkünlüyünə dair suala cavabında Ayvazyan heç nəyin istisna edilmədiyni deyib.Ermənistanın ilk prezidenti, prezident seçkilərində öz namizədliyini irəli sürməkdən imtina edən Erməni Milli Konqresin lideri Levon Ter-Petrosyan isə jurnalistlərə müsahibəsində seçkilərin nəticəsinin qabaqcadan bəlli olduğunu bildirib. "Məhz nəticələrin əvvəlcədən bəlli olunması Ermənistanın ən böyük bədbəxtliyidir", -deyə o qeyd edib. Ter-Petrosyan Sarkisyanın ikinci dəfə seçiləcəyi təqdirdə ölkəni daha çox insanın tərk edəcəyini, Ermənistanın demoqrafik fəlakətlə üzləşəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR