Ermənistanın "Eurovision 2012"yə gələcəyi məluma deyil
MAQAZİN
15:55 30.01.2012
2418
Ermənistanı Bakıda keçiriləcək “Eurovision-2012″ Mahnı Müsabiqəsində təmsil edəcək iştirakçının adı hələ məlum deyil. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Dövlət Televiziyasının yayımladığı bülletendə bildirilir ki, ölkəni “Eurovision-2012″də təmsil edəcək iştirakçının adı və oxuyacağı mahnı 18 martadək bəlli olacaq.Qeyd edək ki, 57-ci “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqədə Ermənistan da daxil olmaqla 43 ölkə iştirak edəcək. “Eurovision-2012″nin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.