Ermənistanı müsabiqədə təmsil edən İveta Mukuçyan qondarma "DQR"-in “bayrağını" açıb.
O, bu hərəkəti səsvermədə “green room”a bağlantı zamanı, kameraya nümayişkaranə şəkildə edib.AZXEBER.COM-un məlumatına görə, ermənilərin bu təxribatına cavab gecikməyib.
İTV-nin İsveçə ezam olunmuş əməkdaşı Şaiq Məmmədov finala yüksələn iştirakçıların mətbuat konfransında erməniləri ifşa edib: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Mən tələb edirəm ki, "Eurovision" təşkilat qrupu bu təxribata görə Ermənistanı yarışmadan kənarlaşdırsın".Bu sözlər auditoriyada olan xarici jurnalistlərin alqışları ilə müşahidə olunub, tədbirin moderatoru isə jurnalistin sözünü kəsməyə cəhd edib.
Qeyd edək ki, Avropa Yayım Birliyi belə bir addım atacağı təqdirdə Ermənistanın yarışmadan kənarlaşdırılacağını açıqlamışdı.