Ermənistanın hakim partiyası Paşinyanın baş nazirliyə namizədliyini verdi

Ermənistanın hakim partiyası Paşinyanın baş nazirliyə namizədliyini verdi
DÜNYA
10:45 30.03.2026
235
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş sazişi" partiyasının onu qarşıdan gələn parlament seçkisində hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.

Bu barədə o, öz "Telegram" kanalında məlumat verib.

Bu qərar partiyadaxili seçkilərin ikinci turundan sonra verilib.

"Mənə göstərdikləri növbəti etimada, "Vətəndaş sazişi" partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizəd olmaq şərəfinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm", - deyə Paşinyan bildirib.
OXŞAR XƏBƏRLƏR