“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” - Türkiyə Milli Təhlükəsizlik Şurası

“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” - Türkiyə Milli Təhlükəsizlik Şurası
SİYASƏT
22:59 22.07.2020
1114
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplantısı keçirilib. 

Sabah.com.tr xəbər verir ki, iclasda Ermənistanın son günlər Azərbaycana qarşı təxribat cəhdləri müzakirə edilib. 

İclas iştirakçıları illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayıblar. 

Bildirilib ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR