ATƏT Parlament Assambleyasının payız sessiyası 13-14 oktyabr tarixlərində Çernoqoriyanın Budva şəhərində keçiriləcək
ATƏT Parlament Assambleyasının payız sessiyası 13-14 oktyabr tarixlərində Çernoqoriyanın Budva şəhərində keçiriləcək. AZXEBER.COM-un Yap.org.az-a istinadənn verdiyi xəbərə görə, bunu Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, sessiyanı gündəliyi tam dəqiqləşməsə də, Avropa məkanındakı müəyyən məsələlər müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, tədbirdə insan hüquqları mövzusunda da müzakirələrin aparılacağı gözlənilir. «Sessiyanın gündəliyindən asılı olmayaraq Azərbaycan nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcək. Bu, bizim fəaliyyətimizdə prioritet təşkil edir»- deyi, vitse-spiker vurğulayıb.