"Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin yurdlarına qayıtmasını süni şəkildə əngəlləməkdir"

"Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin yurdlarına qayıtmasını süni şəkildə əngəlləməkdir"
SİYASƏT
09:38 23.09.2022
377
Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə ənəgəlləməkdir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi KİV-in 1965-ci il "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğusunu cavablandırarkən bildirib.

XİN xatırladıb ki, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb:

"Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etmişdir. Belə ki, məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını vermişdir.

Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olmuşdur.

Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar "Türksüz Ermənistan” olmuşdur.

Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstərmişdir. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməmişdir.

Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunmuşdur. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə ənəgəlləməkdir.

Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilmişdir.Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
23:56 02.04.2025
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
23:40 02.04.2025
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
23:31 02.04.2025
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
23:16 02.04.2025
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Çexiyada sərnişin qatarı relsdən çıxıb
22:57 02.04.2025
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
22:45 02.04.2025
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:41 02.04.2025
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
22:23 02.04.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
22:17 02.04.2025
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
22:07 02.04.2025
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
21:52 02.04.2025
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
21:45 02.04.2025
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
21:39 02.04.2025
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
21:32 02.04.2025
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib