"Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"

"Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"
SİYASƏT
16:10 27.10.2020
646

"Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə "Qarabağda xarici muzdlular var” deməklə kifayətlənirlər".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera” kanalına müsahibəsində deyib.

"Əksinə, erməni tərəfindən xüsusilə Suriya və Livandan gətirilən muzdlular var. Ermənistan onları Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları da onlar tərəfindən vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız var. Azərbaycan kiçik dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu bilər və bu barədə eşidərdi. Heç kim muzdluları görməyib və bu barədə eşitməyib. Hesab edirəm ki, bu iddialar Ermənistanın qara təbliğatının bir hissəsidir. Ermənilər qəbul edə bilmirlər ki, onların qarşısında duran, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur. Türkiyə Ordusunun da bu müharibədə iştirak etməsi ilə bağlı iddialar tamamilə yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu müharibədə üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu ölkəmizin ərazisini azad etmək üçün vuruşur", - deyə Prezidentin köməkçisi bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İsrailə hərbi yardımı dayandıracaq
17:58 03.11.2026
Tramp İsrailə hərbi yardımı dayandıracaq
İham Əliyev İliyana Yotovanı təbrik etdi
17:42 03.11.2026
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ