Ermənistanın son təxribatı nəyə hesablanıb? - Yeni müharibə başlayır?

SİYASƏT
11:58 01.09.2023
3281
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan Silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.
 
Bununla sakitləşməyən Ermənistan qüvvələri Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərimizə qarşı PUA zərbələri endirib.
 
Nəticədə daha 2 hərbçimiz yaralanıb.
 
Ordumuzun qətiyyətli cavabı nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
 
Bəs sözügedən erməni təxribata növbəti müharibəyə işarə ola bilərmi?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu cür təxribatlar yeni müharibənin carçısı ola bilər:
 
"Hər bir təxribat müharibə anonsu ola bilər. İkinci Qarabağ Müharibəsindən sonra təxribatlar davam edir. Bu təxribatlar demək olar ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmriylə əks hücum əməliyyatı keçirtmək ilə nəticələndi. Nəticədə 44 günlük Vətən Müharibəsində Azərbaycan işğalçı qüvvələri qısa zamanda darmadağın edərək ərazi bütövlüyünü bərpa etdi. Bu gün də təxribatlar daimi ola bilər. Azərbaycanda Ordusu indi də düşmənin adekvat cavabını verir. Amma Azərbaycanın ərazisində gedən proseslər, yəni Dağlıq Qarabağ İqtisadi Zonasını nəzərə alsaq, burada təhlükə mənbəyi qalır. Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, öz xalqının təhlükəsizliyini təmin etməlidir. Təbii ki, bununla bağlı hansısa addımlar atmalıdır. O ki qaldı şərti sərhəddə olan təxribatlara".
 
Hərbi ekspert hesab edir ki, bu tip təxribatların əsas səbəbi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmamasıdır:
 
"Əgər bu hərbi provokasiyalar yenə də davam edərsə, nəticədə şərti sərhədə yaxın olan yaşayış məntəqələri və dinc əhaliyə hər hansı bir təhlükə yaranarsa, Azərbaycan Ordusu orada müəyyən bir əməliyyat apararaq həmin istiqamətdə təhlükəsizliyi təmin edəcək. Buna görə də təxribatların miqyasından, məqsədindən asılı olaraq adekvat cavab tədbirləri görülür. Biz Ermənistanla müharibəni bitirməmişik. Sülh müqaviləsi yoxdur. Sadəcə atəşkəs rejimi var. Atəşkəs də sülh demək deyil. Bu səbəbdən də döyüşlər hər an qaçılmazdır, zəruri halda aktiv fazaya keçilə bilər".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb