Ermənistanın son təxribatları nəyə hesablanıb? - ŞƏRH

Ermənistanın son təxribatları nəyə hesablanıb? - ŞƏRH
SİYASƏT
20:29 29.07.2024
723
Ermənistan hökumətinin qərarı ilə 2024-cü ilin yay hərbi xidmətə çağırış müddəti 15 gün - avqustun 15-dək uzadılıb. Müvafiq qərar iyulun 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib. 

Ermənistanda hərbiçilərin vaxtından çox xidmətdə saxlanılması və hərbi xidmətə qəbul vaxtının uzadılması bəzi sualların yaranmasına səbəb olub. Bəs bu addımı atmaqda Ermənistanın məqsədi nədir?  

Mövzu ilə bağlı AZXEBER.COM-a  Ağ Partiya sözçüsü Cavanşir Abbaslı açıqlama verib. 

O, öz açıqlamasında Ermənistanda hərbçilərin vaxtından əlavə hərbi xidmətdə olmasını və hərbi xidmətə qəbulun vaxtının uzadılmasını Ermənistanın hər hansı plan hazırlaya bilməsi  ilə əlaqələndirib: 

"Ermənistan dövləti son dövrlərdə xam xəyallara düşüb. İyulun 21-də Kəlbəcər mövqelərinin atəşə tutulması onu göstərdi ki, Ermənstanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalamaq fikrində deyil. O, erməni cəmiyyətinə imitasiya xarakterli addımlar atmaq istəyir. Xüsusilə o yaxşı bilir ki, Ermənistan daxilində bəzi xarici qüvvələr qarışıqlıq yaratmaq və Paşinyanı hakimiyyətdən devirmək niyyətindədirlər. Hər kəsə bəllidir ki, keşiş öz istədiyinə çatmayıb. Keşiş bu günlərdə açıqlama verib ki, sentyabrda yenidən Ermənistanda aksiyalar başlayacaq. Düşünürəm ki, Paşinyan bu tip addımlar atmaqla əslində öz hakimiyyətinin ömrünü uzatmağa çalışır.
 
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, İyulun 21-də Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulan  zaman bir məlumat yayıldı ki, ABŞ Fransa və Avropa birliyinin hərbi müşavirlərinin iştirakı ilə bu atəş həyata keçirilib. Onlar bir növ atəşi müşahidə ediblər. Bu isə onu göstərir ki, Ermənistan bu məsələdə tək deyil. Hər zaman olduğu kimi, onun havadarları iş başındadır. Burada Azərbaycan üçün heç bir təhlükəli məqam yoxdur.
 
Azərbaycan Prezidentinin deyimi ilə desək, "Dəmir yumruq”  yerindədir. Hər zaman düşmən bu "Dəmir yumruğu” başı üstündə hiss etməlidir. İstənilən halda Erməni hərbçilərinin hərbi xidmət müddətlərinin başa çatmasına baxmayaraq evlərinə buraxılmaması onu göstərir ki, Ermənistan hər hansı plan hazırlaya bilər. Azərbaycan tərəfi hər şeyə hazırlıqlı olmalıdır. Onsuz da hazırlıqlıyıq. Onu da qeyd etmək istəyirəm ki, burada Azərbaycan tərəfi üçün heç bir təhlükə yoxdur. Sadəcə bütün bu addımlar sırf sülh sazişinin ömrünü uzatmağa hesablanıb. Düşünürəm ki,  hər şey diplomatik masada həll olunma mərhələsinə çatıb. Azərbaycan ordusu döyüş meydanında düşməni necə darmadağın etdisə, necə parlaq qələbə qazandısa, diplomatik masada da, öz parlaq qələbəsini davam etdirəcək. Nəticədə Azərbaycanın istədiyi şərtlər daxilində sülh sazişi imzalanacaq".   

Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır